Ferrari məhkəmənin qərarını qəbul edir, amma təslim olmur

Ferrari komandasının FİA-ya qarşı iddiasını təmin etməyən Fransa Məhkəməsinin bugünkü qərarına baxmayaraq, SKuderiya təslim olmağa hazırlaşmır. Ferrari-nin yaydığı bəyanatda deyildiyi […]

Ferrari komandasının FİA-ya qarşı iddiasını təmin etməyən Fransa Məhkəməsinin bugünkü qərarına baxmayaraq, SKuderiya təslim olmağa hazırlaşmır. Ferrari-nin yaydığı bəyanatda deyildiyi kimi, komanda böhran vəziyyətdən çıxış yolunun axtarışında federasiya ilə danışıqları davam etdirmək niyyətindədir, amma yeni məhkəmə iddialarını da istisna etmir. Bundan başqa bəyanatda bir daha bilririlib ki, əgər gələn ilin reqlamentinə dəyişikliklər edilməsə komanda çempionatı tərk edəcək…

Rəsmi bəyanatda deyilir: “Ferrari hüquqi qərarın axtarışı imkanlarını qiymətləndirməkdə davam edir, amma FOTA çərçivəsində FİA və kommersiya başçısı (Berni Ekklstoun) ilə Formula1-in hamı üçün eyni qaydalar tətbi etməsi yolunda işləməyə hazır olduğunu bildirir. Bununla yanaşı biz keçən ildən başlanmış, məsrəflərin metdoik və tədircən azaldılmasına yönəldilmiş işləri də davam etdirəcəyik.

Əgər tərəflər hər hansı bir razılığa gələ bilməsələr, onda şirkətin mayın 2-də qəbul etdiyi qərara əsasən Ferrari komandası Formula1-ə ən əhəmiyyətli yarış seriyası dərəcəsini təmin edən keyfiyyətlərin itməsi üzündən gələn il çempionatda iştirak etmək ərizəsini verməyəcək. Bu halda biz Ferrari markasına uyğun gələn, bizim texniki inkişaf və mühəndis axtarışı səviyyəmizə uyğun gələn digər çempionatlarda çıxış edəcəyik.

Məhkəmə etiraf edib ki, Ferrari-nin həqiqətən səs hüququ var və bu hüquq FİA-nın Senatı ilə müqavilədə yazılı təsdiq olunub və razılaşıb ki, cari mübahisə bu müqavilə ilə bağlıdır. Deməli, eyni zamanda məhkəmə etiraf edib ki, mübahisə FİA-nın daxili məhkəməsi xaricinə çıxır və adi vətəndaş məhkəməsində müzakirə olunmalıdır. Amma məhkəmə bildirib ki, biz öz səs hüququmuzdan Ümumdünya Şurasının martın 17-də və aprelin 29-da keçirilmiş iclaslarında istifadə etməliydik. ..

Məhkəmənin çıxardığı qərar FİA-ya komandaları gələn ilin çempionatında iştiark etmələri üçün ərizə verməyə məcbur edir, gələn ilin çempionatı isə federasiyanın birtərəfli qəbul etdiyi və qoyulmuş prosedurları pozan reqlament əsasında keçiriləcək…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*