11 Dekabr 2018, Çərşənbə axşamı - 20:36

Ferrari komandası Marlboro ilə müqaviləsini uzatmağa hazırlaşır

Ferrari komandası Marlboro ilə müqaviləsini uzatmağa hazırlaşır

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:23 - 20 Yanvar, 2011

Britaniyada dərc olunan Autosport həftəliyinin son sayında Ferrari komandası ilə Marlboro tütün şirkəti arasında sponsor müqaviləsinin 2014-cü ilədək uzadılması barədə […]

Britaniyada dərc olunan Autosport həftəliyinin son sayında Ferrari komandası ilə Marlboro tütün şirkəti arasında sponsor müqaviləsinin 2014-cü ilədək uzadılması barədə xəbər yer alıb. Gözlənildiyinə görə, bu barədə rəsmən Skuderiyanın yeni maşınının Maranelloda yanvarın 28-də təqdimatı zamanı elan olunacaq.

Formula1 yarışlarının keçirildiyi əksər ölkələrdə tütün reklamının qadağan olunmasına, keçən il isə Ferrari-nin maşınlarında Marlboro yazısını xatırladan ştrix-kodların silinməsinə baxmayaraq, komandanın rəngləri yenə də tütün istehsalçısı ilə əlaqələndirilir. Qeyri-rsəmi məlumat, Marlboro hər il komandaya 150 milyon Avro ödəyir, amma bunun əvəzində müəyyən güzəştlər əldə edir – öz qonaqlarını komandanın bazasına və Qran Pri paddoklarına dəvət edir həm də Skuderiyanın obrazından reklam kampaniyalarında istifadə edir.

Marlboro şirkətinin tabe olduğu Philip Morris İnternational konserninin nümayəndəsi bildirib ki, “biz əməkdaşlığımızın davam etdirilməsinə heç bir maneə görmürük, bizim Ferrari ilə münasibətlərimizin 20 illik tarixi var, biz bir-birimizi həmişə qarşılıqlı dəstəkləmişik – həm uğurlu anlarımızda, həm də uğursuz günlərimizdə.”

Yeri gəlmişkən, qarşıdakı mövsüm Marlboro üçün yubiley olacaq, şirkət Formula1-də sponsorluğunun 40 illiyini qeyd edəcək – 1971-ci ildə şirkət Formula1-də BRM komandası ilə debüt etmişdi…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 175
Teqlər
Paylaş

logo