Y.Ferstappen oğlundan təəccüblənib

Maks Ferstappenin atası Yos Ferstappen bildirib ki, oğlunun performansı onu təəccübləndirib...

F-1.az xatırladır ki, Maks Ferstappen yağışlı havada əla performans göstərərək Rəykkönenlə Rosberqi ötmüşdü. Amma hollandiyalı daha sonra səhv strategiyaya görə geriyə düşmüşdü.

Buna baxmayaraq, 19 yaşlı sürücü son 15 dövrədə əla performans göstərərək, 16-cı yerdən 3-cü yerə qədər yüksəlməyi bacarmışdı.

Yos Ferstappen
: “Məni təəccübləndirdi. Onun çox yarışını izləmişəm, amma bugünkü inanılmaz idi. Bu gün doğru strategiya seçmədilər. Hava şəraiti əlverişsiz idi, amma sonda pis strategiya öz bəhrəsini verdi. Bu, Formula1 üçün əla haldır. Hamı həyəcanlı idi. Daha nə istəyirsiniz ki?”

Niki Lauda: “Ferstappenin ötmələri mükəmməl idi. Əla iş gördü. Mən bu uşağın güclü olduğunu bilirdim, amma o yenə də nələrə qadir olduğunu göstərdi”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*