N.Lauda dəfn edilib

Avtoidmanın önəmli simaları Niki Laudanın dəfn mərasimi üçün Vyanadakı St Stefen kilsəsinə gəliblər.

F-1.az xatırladır ki, üç dəfə Dünya Çempionu olmuş əfsanəvi sürücü mayın 20-də Zürihdəki evində dünyasını dəyişmişdi.

Dəfn mərasimində məşhur Hollivud ulduzu və Kaliforniyanın sabiq icra başçısı Arnold Şvarstneqqer, Avstriyanın prezidenti Aleksander van der Bellen, sabiq Formula1 sürücüləri Alen Prost və Gerhard Berger danışıblar.

F1 dünyasından Lyuis Həmilton, Valtteri Bottas, Toto Volff, Helmut Marko, Kristian Horner, Mattia Binotto, Frants Tost, Günter Ştayner, Otmar Safnauer və Kler Uilyams, Ceki Stüart, Naycel Mənsell, Devib Kulthard, Mark Uebber, Aleks Vurs, Niko Rosberq, Corc Rassel, Jan Todt, Ross Braun, Çeyz Keri, Luka di Montedzemolo, Stefano Domenikali mərasimə qatılıblar.

Bubdan başqa əfsanəvi tennisçi Boris Beker və Rush filmində Laudanı canlandıran Daniel Bruhl da mərasimə gəliblər. Şumaxer ailəsi isə çələng göndərib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*