Ferrari komandası hər iki maşınında motoru dəyişəcək

Bəhreyn Qran Prisinin startı ərəfəsində Ferrari komandası hər iki maşınında motoru dəyişmək qərarına gəlib. Dünən axşam mühəndislər Felipe Massanın maşınında […]

Bəhreyn Qran Prisinin startı ərəfəsində Ferrari komandası hər iki maşınında motoru dəyişmək qərarına gəlib. Dünən axşam mühəndislər Felipe Massanın maşınında motorun düzgün kartoqrafiya üzrə işləməməsini müəyyən ediblər, amma sonra ehtiyat üçün hər iki maşında motoru yeniləmək qərarı verilib.

Komandanın mətbuat xidmətinin yaydığı relizdə deyilir: “Səhər tezdən FİA maşınlarla işləməyə icazə verən kimi mexaniklər hər iki maşında motorları dəyişəcəklər. Bu sadəcə ehtiyat tədbirləridir: dünən sıralanma turunun gedişində motorun bəzi parametrləri həddini aşıb. Amma bu motorlardan sərbəst yürüşlər zamanı istifadə olunacaq.

Bu tədbirlərə görə sürücülərə heç bir cərimə sanksiyası tətbiq olunmayacaq – Felipe yarışa ikinci yerdən, Fernando isə üçüncü yerdən başlayacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*