Ferrari komandası F10-u modernizə edir

Hələ qışda İtaliya mətbuatı xəbər yaymışdı ki, Maranelloda F10-un yeni versiyası, “B” variantı hazırlanır. Autosprint həftəliyi bu layihə ilə bağlı […]

Hələ qışda İtaliya mətbuatı xəbər yaymışdı ki, Maranelloda F10-un yeni versiyası, “B” variantı hazırlanır. Autosprint həftəliyi bu layihə ilə bağlı bəzi məlumatları dərc edib. Məqalədə bir daha bildirilib ki, keçən il Toyota komandasında çalışmış Cüzeppe Azzolini artıq Ferrari-də işləyir və o hesablama hidrodinamikasında (CFD) ən güclü mütəxəssis sayılır.

Autosprint güman edir ki, Azzolini F10-un ikiqat diffuzorunu modernizə edib və bu işdə Formula1-də fəaliyyətini dayandırmış Toyota-nın nailiyyətlərindən istifadə edib. Bundan başqa Skuderiyanın mütəxəssisləri motorun soyutma sisteminin də effektliyini qaldırmalıdırlar: Bəhreyndə startdan əvvəl komanda hər iki maşında motoru dəyişməli olmuşdu.
Buna baxmayaraq, Felipe Massa yarışın ikinci yarısında yenə də motorun temperaturunun qalxması problemi ilə üzləşmişdi.

Mövsümün ilk yarışının finişindən sonra komandanın başçısı Stefano Domenikali bildirmişdi ki, “motorun soyutma sisteminin effektliyi maşının aerodnamikası ilə əlaqədardır, ona görə də biz düzəlişlər etməliyik ki, belə bir hal növbəti yarışlarda təkrar olunmasın.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*