Ferrari KERS-lə işin gedişindən razıdır

Sırağagün Ferrari Bəhreyn testlərin KERS-in qızması üzündən uzun müddətə dayandırmalı olmuşdu, amma komandanın texniki direktoru Aldo Kosta yeni sistemlə işin […]

Sırağagün Ferrari Bəhreyn testlərin KERS-in qızması üzündən uzun müddətə dayandırmalı olmuşdu, amma komandanın texniki direktoru Aldo Kosta yeni sistemlə işin gedişindən razı qaldığını bildirib…

Aldo Kosta: “Biz daha bir vacib testlər seriyasının sonuna yaxınlaşırıq, günbəgün işlərin intensivliyi artır – bizə ayrılmış vaxtdan etibarlılığın qiymətləndirilməsi üçün, konsepsiyaların yoxlanılması üçün və yeni qərarların hazırlanması üçün maksimum səmərəli istifadə etmək lazımdır. Problemlər qaçılmazdır, biz Bəhreynə KERS-in yeni komponentlərini gətirmişik, dünən yeni ötürmələr qutusunu sınaqdan keçirmişik. KERS-ə gəlincə, deməliyəm ki, mən işin gedişindən tam razıyam, amma hələ çox şey etməliyik.

Bəhreyndə biz maşının standart aerodinamik konfiqurasiyasından istifadə edirik, tam aerodinamik paket Xeres və Barselona testlərində yoxlanılacaq, bununla da Avstraliya Qran Prisinə hazırlıq başa çatacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*