Ferrari heyətini yaxın günlərdə açıqlayacaq

Ferrari şirkətinin prezidenti Luka di Montedzemolo bildirib ki, Skuderiya hələ Kimi Rəykkönenin komandada qalması və ya Fernando Alonso ilə əvəz […]

Ferrari şirkətinin prezidenti Luka di Montedzemolo bildirib ki, Skuderiya hələ Kimi Rəykkönenin komandada qalması və ya Fernando Alonso ilə əvəz olunması barədə qərar qəbul etməyib. Finlandiyalı sürücünün gələn il üçün Ferrari ilə müqaviləsi olmasına baxmayaraq, komanda hələlik heyətini açıqlamağa hazır deyil.

Şayiələr gəzir ki, Kimi gələn il McLaren-ə qayıda və ya Brawn GP-yə keçə bilər, amma Alonsonun Renault-da gələcəyi sual altındadır, xüsusilə də Sinqapur qalmaqalından sonra. Di Montedzemolo yerli mətbuata bildirib ki, yaxın günlərdə komanda Felipe Massaya yoldaşlıq edəcək sürücünü müəyyən etməlidir…

Luka di Montedzemolo: “Finlandiyalı yoxsa ispan sürücü? Biz yaxın günlərəd qərar qəbul edəcəyik. Amma dəqiq bilirik ki, bizim komandada braziliyalı sürücü olacaq, ona daha bir şans verməliyik, Allaha şükür o sağdır, sürətlə forma yığır. İkinci sürücü məsələsində isə biz ən yaxşı sürücünü seçməliyik, amma bizim vaxtımız hələ var.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*