Ferrari: Fizikella Badoyeri əvəz edəcək

Cankarlo Fizikella Force İndia komandası ilə müqavilədən azad edilib və mövsümün yerdə qalan yarışlarında ikinci Ferrari-nin sükanı arxasında oturacaq. Ferrari-nin […]

Cankarlo Fizikella Force İndia komandası ilə müqavilədən azad edilib və mövsümün yerdə qalan yarışlarında ikinci Ferrari-nin sükanı arxasında oturacaq. Ferrari-nin mətbuat xidməti səhər tezdən reliz yayıb…

Relizdə deyilir: “Maranello, 3 sentyabr 2009-cu il. Scuderia Ferrari Marlboro elan edir ki, bu vaxtdan etibarən mövsümün sonuna qədər Cankarlo Fizikella 3 nömrəli Ferrari maşınının sükanı arxasında çıxış edəcək.

Stefano Domenikali: “Biz seçimimizi Cankarlonun üzərində saxladıq və hesab edirik ki, o mövsümün son yarışlarında uğur qazana bilər. Fizikella bütün karyerası boyu sürətli və rəqabətədavamlı olmasını sübut edib, biz fəxr edirik ki, ev yarşında sükan arxasına məhz yerli sürücü oturacaq.

Biz Luka Badoyerə minnətdarlıq edirik, o çətin şəraitdə komanda ruhunu nümayiş etdirdi. Biz təəssüf edirik ki, on iki yarışda o öz potensialını realizə edə bilmədi, amma belə bir şəraitdə bu istənilən sürücü üçün çətin vəzifə olardı.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*