25 İyun 2019, Çərşənbə axşamı - 07:53

Ferrari FİA-nın mövqeyi ilə razılaşıb

Ferrari FİA-nın mövqeyi ilə razılaşıb

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:22 - 01 Dekabr, 2012

İnsidentə nöqtə qoyulub. Ferrari-nin rəsmi saytında dərc olunmuş bəyanatın qısa məzmunu məhz belədir. Komanda FİA-nın arqumentlərini qəbul edib və Sebastyan […]

İnsidentə nöqtə qoyulub. Ferrari-nin rəsmi saytında dərc olunmuş bəyanatın qısa məzmunu məhz belədir. Komanda FİA-nın arqumentlərini qəbul edib və Sebastyan Fettelin Braziliya Qran Prisindəki hərəkətlərində qanun pozuntusu görmür…

Bəyanatda deyilir: “Sebastyan Fettelin Jan Erik Verni ötməsində vəziyyəti izah etməsi üçün FİA-ya bizim göndərdiyimiz müraciət, əslində yarışdan bir neçə gün sonra internetdə yayılmış videoda görünən bu manevrin qanunauyğunluğunu hamıya çatdırmaq zəruriyyətindən irəli gəlmişdi. FİA-ya göndərilən məktub yarışın həqiqi nəticələrinin bizim tərəfimizdən şübhəyə alınması kimi başa düşülməməlidir.

Biz dünyanın hər yerindən bu məsələ ilə bağlı on minlərlə müraciət almışdıq, ona görə də tədbir görmək zərurəti hiss etdik və Federasiyadan xahiş etdik ki, təkcə Ferrari azarkeşlərinin deyil, eləcə də, əsl Formula1 azarkeşlərinin gözündə çempionata kölgə sala biləcək bir epizodu araşdırsın.

Ferrari komandası bu gün səhər FİA-dan aldığı cavabı lazımi surətdə öyrəndikdən sonra hesab edir ki, indi məsələni bağlı hesab etmək olar.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 255
Teqlər
Paylaş

logo