Ferrari çempionatı tərk edə bilər

Bu gün Maranelloda Ferrari-nin Direktorlar Şuarsının iclası keçirilib, iclasda bu ilin birinci rübünün yekunları və Formula1-dəki vəziyyət müzakirə olunub. İclasın […]

Bu gün Maranelloda Ferrari-nin Direktorlar Şuarsının iclası keçirilib, iclasda bu ilin birinci rübünün yekunları və Formula1-dəki vəziyyət müzakirə olunub. İclasın yekunları barədə rəsmi bəyanat verilib…

Bəyanatda deyilir:Ferrari-nin Direktorlar Şuarsı Luka di Montedzemolonun rəhbərliyi altında birinci rübün maliyyə yekunlarını təhlil edib. Çətin iqtisadi vəziyyətə baxmayaraq, göstəricilər keçən ilin rekord səviyyəsinə uyğun gəlir…

…Direktorlar Şurası FİA-nın Ümumdünya Şurasının aprelin 29-da növbədənkənar iclasında qəbul olunmuş qərarı da müzakirə edib. Əvvəlcədən bu iclas nizam-intizam məsələsi üçün çağırılsa da, sonradan iclasda Formula1-də ilk dəfə ikili reqlament üzrə yarışların keçirilməsi barədə qərar qəbul olunub.

Direktorlar Şurası hesab edir ki, əgər Formula1-in gələcəyi belə prinsiplər üzərində dayanacaqsa, onda altmış il ərzində Ferrari-nin çempionatda fasiləsiz iştirakı dayana bilər.

Direktorlar Şurası belə ciddi məsələlərin həllinə FİA-nın metod və yanaşmalarından, həmçinin federasiyanın konstruktorlarla və komandalarla əməkdaşlıqdan imtina etməsindən nigaranlığını bildirir. Son 25 ildə Formula1-in inkişafına səbəb olan qaydalar, həmçinin Ferrari və FİA arasındakı razılıq öhdəlikləri nəzərə alınmayıb.

Bütün komandalar üçün eyni reqlament, stabil reqlament, məsrəflərin tədricən və hamar azaldılması – FOTA-nın bu səyləri rədd edilib. Əgər bu prinsiplərə əməl olunmasa, əgər gələn ilin reqlamenti dəyişməsə, onda Ferrari Formula1 çempionatının gələn mövsümünə maşın çıxarmayacaq.

Ferrari hesab edir ki, şirkətin bu qərarı çoxsaylı azarkeş ordusu tərəfindən başa düşüləcək…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*