Ferrari casusluqdan qorxur (video)

Keçən il Brawn GP komandası və onun sürücüsü Censon Batton ikiqat diffuzorların hesabına titul qazanmışdılar – top-komandaların heç biri belə […]

Keçən il Brawn GP komandası və onun sürücüsü Censon Batton ikiqat diffuzorların hesabına titul qazanmışdılar – top-komandaların heç biri belə bir element tətbiq etməmişdi, edəndə isə çempionatın yarısı arxada qalmışdı. Ona görə də builki mövsümöncəsi testlərin iştirakçıları da öz maşınlarının müəyyən xüsusiyyətlərini rəqiblərin nəzərlərindən gizlətməyə çalışırdılar.

Əlbəttə, sürücü trasa çıxan kimi rəqib komandanın xüsusi işçiləri maşının bütün rakurslardan şəkillərini çəkirlər, amma ən yaxşı məlumatı maşının pit-stopda dayandığı zaman əldə etmək olar.

Katalunya avtodromunda maraqlı səhnə müşahidə olunub – Ferrari-nin nümayəndələri F10 maşınını McLaren-dən olan rəqiblərindən hər cür gizlətmək istəyirlər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*