F.Briatore Pikeləri məhkəmə ilə hədələyib

Renault komandasının başçısı Flavio Briatore keçənilki Sinqapur yarışı ilə əlaqədar irəli sürülmüş bütün ittihamları yalan adlandırıb və hesab edir ki, […]

Renault komandasının başçısı Flavio Briatore keçənilki Sinqapur yarışı ilə əlaqədar irəli sürülmüş bütün ittihamları yalan adlandırıb və hesab edir ki, bu şəxsən ona və komandasına qarşı yönəldilmiş şantajdır. Bundan başqa Flavio ata-bala Pikeləri məhkəmə ilə hədələyib…

Sentyabrın 21-də FİA-nın Ümumdünya Şurasının növbədənkənar iclası keçiriləcək, iclasda Nelsinyo Pikenin Sinqapur trasında qəzasının təfərrüatları müzakirə olunacaq – qəza Fernando Alonsonun üstünlük qazanmasına səbəb olub. Britaniyanın Autosport saytı bildirib ki, FİA-nın sərəncamında olan sənədlər içərisində Briatorenin Nelson Pikeyə iyulun 28-də, yəni Maks Mosliyə olaylar barədə xəbər verildikdən iki gün sonra, ünvanladığı məktub da var, amma daha iki gündən sonra Nelsinyo rəsmi etirafla çıxış edib.

Autosport-un bildirdiyinə görə, məktubda Briatore qəti surətdə Nelsinyonun söylədiklərini inkar edir və əmin edir ki, qızışmaqda olan qalmaqalın məqsədi Renault rəhbərliyini şantaj etməklə braziliyalı sürücünün müqaviləsini uzatmaqdır.

Renault komandası hələlik baş verənlərə heç bir münasibət bildirməyib və Ümumdünya Şurasının iclasına qədər məsələyə şərh verməyəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*