F.Alonso R29-un sürətindən razı qalıb

Gecə Renault mexanikləri Fernando Alonsonun maşınına yeni diffuzor quraşdırıblar və onların əməkləri hədər getməyib – ispan sürücü az qala poul […]

Gecə Renault mexanikləri Fernando Alonsonun maşınına yeni diffuzor quraşdırıblar və onların əməkləri hədər getməyib – ispan sürücü az qala poul qazanacaqdı və yalnız Sebastyan Fettelə uduzub…

Fernando Alonso: “Yeni detallar vəziyyəti ciddi dəyişə bilər, biz bu gün bunu sübut etdik – komanda maşın üzərində yüngül dəyişikliklər edib və dərhal bizim sürətimiz artıb. Baxaq görək sabah rəqiblərimiz starta nə qədər yanacaq ehtiyatı ilə çıxacaqlar, amma sıralanma turunun finalında mən özümü rahat hiss edirdim, əvvəlki iki yarışda belə rahatlıq yox idi.

Uik-end qeyri-adi keçir: demək olar ki, səhər tezdən komanda yeni maşını yığıb qurtarıb və yürüşlərdə biz cəmi 3 sürətli dövrə edə bildik. Ona görə də sıralanma turundan əvvəl bir qədər tərəddüd edirdik. Biz kor-koranə hərkət edirdik, çünki bilmirdik ki, maşın özünü necə aparacaq, amma hər şey yaxşı alındı.

Bu komandanı da motivasiya edir, komanda son bir ayı gərgin işləyir, dünən gecə mexaniklər cəmi bir neçə saat yatıblar və bundan sonra sürücünün səhv etmək hüququ yoxdur. Komandanın səyi nəticəsində mən R29-un sürətindən razıyam.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*