Melburn yarışın tarixindən razı qalıb

Avstraliya Qran Prisinin təşkilatçıları gələn mövsümdəki yarışın mövsümdə ilk yarış olmamasına baxmayaraq, yarışın keçirilmə tarixindən razı qalıblar. Ənənəvi olataq milli […]

Avstraliya Qran Prisinin təşkilatçıları gələn mövsümdəki yarışın mövsümdə ilk yarış olmamasına baxmayaraq, yarışın keçirilmə tarixindən razı qalıblar. Ənənəvi olataq milli mərhələ mövsümün startını verirdi (2006-cı il istisna olmaqla), amma bu dəfə yarış mövsümün ilk yarışı Bəhreyndən iki həftə sonra – martın 28-də keçiriləcək. Buna baxmayaraq, təşkilatçılar bildiriblər ki, onlar məhz bu tarixə ümid edirlərmiş…

Dryu Uord, Australian Grand Prix Corporation şirkətinin icraçı direktoru: “Qran Prinin qlobal teleauditoriyası 100 milyon tamaşaçıdan çoxdur, bu isə yarışın dünya bazarında baxımlı və effektiv reklam aləti olmasından xəbər verir. Hamı Melburn yarışını izləyəcək, çünki hamıya milli qəhrəman Mark Uebberin çıxışı və yeni komandalar maraqlı olacaq.

Bu promouterlər üçün ideal vəziyyətdir: Melburn mövsümün əvvəlində dünya mətbuatının diqqət mərkəzində olacaq, mövsümün birinci yarışı isə Avstraliya Qran Prisinə əlavə reklamı təmin edəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*