F.Alonso: “Proqnoz yağış vəd etmirdi”

Güclü komandaların sürücüləri sıralanma turunun birinci sessiyasında trasa çıxmağa tələsməyibər – qısamüddətli yağış sessiyanın əvvəlində qurtarıb və proqnoz yeni yağış […]

Güclü komandaların sürücüləri sıralanma turunun birinci sessiyasında trasa çıxmağa tələsməyibər – qısamüddətli yağış sessiyanın əvvəlində qurtarıb və proqnoz yeni yağış vəd etməyib, amma meteoroloqlar səhv ediblər və trasa sessiyanın əvvəlində çıxanlar üstünlük qazanıblar.

Nəticədə Ferrari komandasının hər iki sürücüsü və Lyuis Həmilton ikinci sessiyaya keçə bilməyiblər, Censon Batton yaxşı nəticə göstərsə də, trasdan çıxıb və çınqıllı sahədə ilişib qalıb və ikinci sessiyaya qatılmayıb. Bu uğuruszluğu İspaniya mətbuatı üçün şərh edən Alonso azarkeşləri sabahkı yarışı gəzləməyə çağırıb…

Fernando Alonso: “Biz sessiyadan əvvəl proqnoz almışdıq, yağış sessiyadan əvvəl qurtarmalı idi, belə də oldu, amma bundan sonra birinci sessiyada proqnoz yağış vəd etmirdi, ona görə də biz bokslardan çıxmağa tələsmirdik, güman edirdik ki, tras quruyacaq və sürətlər artacaq. Amma təəssüf ki, əksinə oldu, yağış gücləndi və heç kim yaxşı nəticə göstərə bilmədi.

Biz ikinci sessiyaya düşə bilmədik, amma xoşbəxtlikdən, yarış sabahdır, bu gün deyil. Sabah vəziyyət başqa olacaq, ona görə də start mövqeyi elə də böyük əhəmiyyət kəsb etmir. yarışda da proqnoz yağış vəd edir, qüvvələr nisbəti dəyişə bilər və bizim vəzifəmiz maksimum xal topplamaqdır.

Mən yarışın yağışlı olmasını istəmirəm, yağış yarışı lotereyaya çevirəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*