F.Alonso məşqlərin metodikasını dəyişib

Builki çempionat səkkiz ay yarım davam edəcək və 20 mərhələdən ibarət olacaq, 11 yarış Avropadan kənar traslarda keçəcək. Sürücülər artmış […]

Builki çempionat səkkiz ay yarım davam edəcək və 20 mərhələdən ibarət olacaq, 11 yarış Avropadan kənar traslarda keçəcək. Sürücülər artmış yüklənmələrə müxtəlif cür hazırlaşırlar: Fernando Alonso da məşqlərə baxışın dəyişməyi qərara alıb ki, uzun mövsümün gedişində fiziki hazırlığını effektiv saxlaya bilsin.

Bütün Qran Prilərdə onu müşaiyət edən məşqçiləri Fabrisio Borra və Eduardo Bendinelli ilə birlikdə Fernando hazırlığın yeni metodikasını seçib: əgər əvvəllər ispaniyalı sürücü bütün mövsümün gedişində fiziki formasının 80%-nin stabil saxlayırdısa, bu ildən Fernando yüngül atletlər və üçgüçülər kimi lazımi anda formasını maksimal səviyyəyə qaldıracaq.

Fernando Alonso: “Qarşıdakı mövsümə düzgün hazırlaşmaq çox vacibdir. Optimal formanı martın əvvəlindən noyabrın sonunadək saxlamaq praktiki olaraq mümkün deyil, ona görə də biz qərar almışıq ki, mövsümün gedişində üç-dörd dəfə fiziki və psixoloji hazırlığın ən yüksək həddinə çataq. Məsələn, üçüncü (Malayziya) və dördüncü (Çin) mərhələləri cəmi bir həftə ayırır.

Sepanqda sürücü maksimum yüklənir: çox isti olur və orqanizm susuzluqdan əziyyət çəkir. Əgər bura 80% hazırlıqla gəlsəm, Şanxaya 50% qalmaq riski var. Ona görə də Malayziyada mən tam, 100% hazır olacam.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*