F.Alonso: “Felipenin məni qabaqlamasına təəccüblənmədim”

Ferrari komandası bu gün sıralanma turunda güclü təəssürat yaradıb – sabah Bəhreyn Qran Prisində Felipe Massa ikinci, Fernando Alonso isə […]

Ferrari komandası bu gün sıralanma turunda güclü təəssürat yaradıb – sabah Bəhreyn Qran Prisində Felipe Massa ikinci, Fernando Alonso isə üçüncü yerdən start alacaqlar. Sıralanma turunun ilk sessiyalarında Fernando komanda yoldaşını qabaqlasa da, son cəhdində ona uduzub, amma yarışa trasın daha təmiz hissəsindən yollanacaq…

Fernando Alonso: “Bu günə qədər bizim heç birimizin təsəvvürü yox idi ki, biz nə dərəcədə rəqabətədavamlıyıq. Amma bizim maşınlar sabah yarışa ilk iki cərgədən yollanacaqlar, indi biz razı ola bilərik, çünki çempionat pozitiv xəbərlərlə başlayır.

Mən komandada ilk sıralanma turumdan razı qaldım, F10 sürətlidir, ilk iki sessiyada mən yaxşı çıxış etdim, amma sonuncu cəhdimdə döngələrdən birində vaxt itirdim. Felipenin məni qabaqlamasına təəccüblənmədim: o mənim komanda yoldaşımdır və biz hamımız bilirik ki, o bu trasda iki dəfə qələbə qazanıb. Bizim əla maşınımız və onun potensialı çox böyükdür. Mübarizə gərgin olacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*