F.Alonso: “Bizim bəxtimiz gətirdi!”

İspaniya Qran Prisinin finişindən sonra Fernando Alonso beşinci yer üçün sevincini gizlətməyib, amam etiraf edib k, bu gün onun bəxti […]

İspaniya Qran Prisinin finişindən sonra Fernando Alonso beşinci yer üçün sevincini gizlətməyib, amam etiraf edib k, bu gün onun bəxti gətirib. Fernando səkkizinci yerdən yaxşı start alıb, sonuncu dövrədə isə Felipe Massanı keçib…

Fernando Alonso: “Yarışdan əvvəl mən demişdim ki, hər şeydən əvvəl biz finişə çatmalıyıq. Hər şey əvvəldən uğurlu alındı, startda bir neçə yer irəlilədim, sonda isə Felipe Massanın problemlərindən yararlandım.

Bir az bəxtimiz gətirdi, amma bütün yarış boyu Renault R29 özünü yaxşı apardı, həm də məlum oldu ki, heç də bizim maşın ən yüngül deyil – Brawn və Toyota sürücülərinin hamısı məndən əvvəl pit-stopa getdilər, ona görə taktikamız da özünü doğrultdu.

Mənim yeganə problemim təkərin deşilməsi oldu, ona görə də ikinci pit-stopa 45-ci deyil, 41-ci dövrədə girməli oldum, amma məb Niko Rosberqin qarşısında trasa qayıda bildim.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*