F.Massadan xüsusi dəbilqə

Bu həftəsonu Əbu Dabidə son yarışına çıxmağa hazırlaşan Felipe Massa xüsusi dəbilqə hazırladıb.

F-1.az xatırladır ki, braziliyalı sürücü Formula1 karyerasına 2002-ci ildə başlayıb və bu müddətdə Sauber, Ferrari və Williams kimi komandaların şərəfini qoruyub. 36 yaşlı sürücü 2008-ci ildə çempionluğu son döngələrdə əldən vermişdi.

Massa Əbu Dabi yarışı üçün xüsusi dizayn verdirdiyi dəbilqənin arxa hissəsinə “Təşəkkür edirəm. Hamınızı çox sevirəm. 2002-2017” yazdırıb.

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*