Y.Kapito: Williams-da işləməkdən həzz alıram

Williams-ın rəhbəri Yost Kapito bildirib ki, artıq komandanın performansından həzz alır.

F-1.az xatırladır ki, Williams bu il 5 yarışdan xal alıb və sıralanma turunda əksər hallarda ikinci sessiyaya keçə bilib. Buna baxmayaraq, onlar mövsümü sonuncu yerdə bitiriblər.

Yost Kapito: “Keçən il sıralanma turunda ikinci sessiyaya çıxanda hamı sevinirdi. Bu il isə qal bilməyəndə məyus olurduq. Bu da gözləntilərin artdığını göstərir.

Komandamız onuncu olsa da, vəziyyət keçənilki kimi deyil. Keçən il Spa-da bəxtimiz gətirmişdi. Lakin bu il bütün xallarımızı layiqli şəkildə qazandıq. Bəzi sıralanma turlarında son sessiyaya çıxmaq üçün mübarizə apardıq.

Komanda mövsüm ərzində inkişaf etdi və həmişə yaxşı strategiyalar seçdik. Mövsüm ərzində ciddi səhv etmədik. Bu da komunikasiyanın yaxşı işlədiyini göstərir.

Artıq hamı komandadakı ab-havanı sevir. Mühəndislər də komandanın dəstəyinə güvənərək, daha riskli strategiyalar seçə bilirlər. İndi burada işləmək adama həzz verir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*