F.Massa: Şumaxerdən xəbərim var

Sabiq Formula1 pilotu Felipe Massa bildirib ki, Şumaxerin vəziyyətindən xəbərdardır.

F-1.az xatırladır ki, almaniyalı əfsanə 2013-cü ilin sonunda alp dağlarında xizək sürərkın yıxılmış və bu hadisədən sonra onun barədə çoxlu dedi-qodular yayılmışdı. Son dəfə rəsmi olaraq yeddiqat Dünya Çempionunun bərpa müddəti keçdiyi yazılmışdı.

Felipe Massa: “Vəziyyətindən xəbərdaram. Onunla həmişə yaxın münasibətimiz olub. Həyat yoldaşı Korina ilə çox yaxın deyildik, çünki yarışlara gec-gec gəlirdi. Amma onu deyə bilərəm ki, hazırda çətin prosesdən keçir.

Ailəsi onun barədə açıqlama vermək istəmir və buna görə narahat olur. Mən kiməm ki, bunu edim? Sağalması üçün hər gün dualar edirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*