F.Kuartararo: Yamaha 4 ildir inkişaf etmir

Yamaha komandasının sürücüsü Fabio Kuartararo bildirib ki, Yamaha 4 ildir ki, inkişaf etmir.

F-1.az xatırladır ki, 2021-ci ilin Dünya Çempionu builki motosikledən narazıdır. O, ABŞ-dakı sıralanma turunda 7-ci yeri tutub. Sprint yarışında isə 4-cü yerə qədər yüksəlsə də, qəza edərək mübarizəni dayandırmalı olub. Bununla da çempionatda lider Bezzekkidən 36 xal geriyə düşüb.

Digər komandalar V4 motorlardan istifadə etdikləri halda, Yamaha hələ də sıralı 4 silindrli motorlarda qalıb. “Göylər” motorda inkişaf etmək üçün Ferrari-nin motoristi Luka Marmorinidən kömək alsalar da, heç nə dəyişməyib.

Fabio Kuartararo: “Yamaha dəyişiklik etməlidir. Dörd ildir ki, bu motosikletdə inkişaf görmürəm. Qazburaxma sistemindən ya da motosikletdəki kiçik detaldan daha artığını dəyişdirməliyik. Böyük dəyişiklik lazımdır və bunu etmək çətin ola bilər. İnkişaf üçün bunu etməliyik.

V4 motora keçib-keçməyəcəyimizlə bağlı bir söz deyə bilmərəm, çünki daha əvvəl V4 motorlu motosiklet sürməmişəm. Daha əvvəl istifadə etmədiyim şeyi onlardan istəyə bilmərəm. Lakin rəqiblərimiz V4 motoru istifadə edir. Gələcək illərdə V4-ə keçməklə bağlı planımız yoxdur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*