S.Fettel cərimələnəcək

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel ABŞ yarışında yeni motora keçəcək və yarışa sonuncu yerdən başlayacaq.

 

F-1.az xatırladır ki, almaniyalı sürücü üçüncü motora Belçikada keçmişdi. Mövsümü tamamlamaq üçün yeni motora keçməli idi. Aston Martin komandası Amerikanın bu dəyişiklik üçün doğru yer olduğunu düşünür.

Sebastyan Fettel: “Bizi çətin həftəsonu gözləyir. Motoru dəyişirik və buna görə cəza alacağıq. Görək nə edirik. Buna baxmayaraq, yarış üçün səbirsizlənirik. Burada güclü ola bilərik. Ostində ötmə mümlündür. Dəyişiklik üçün doğru trasdır. Ümid edirəm ki, bazar günü əyləncəli keçər”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*