Batton gələn mövsüm yarışmayacaq!

McLaren Honda-nın britaniyalı sürücüsü Censon Batton İtaliya Qran Prisinin sıralanma turundan sonra verdiyi açıqlamada gələn il yarışmayacağını bildirib.

F-1.az xəbər verir ki, Batton komandası ilə 2 illik yeni müqavilə imzalayıb. Lakin o, gələn il yarışmayacaq. Maşının inkişafı üçüb çalışacaq Battonu gələn mövsümdə Stoffel Vandorn əvəz edəcək. Lakin yeni müqavilədə 2018-ci ildə yenidən yarışmaq bəndi var.

Censon Batton: “Formula1 karyeramı bitirmirəm. Əksinə, 2017-ci və 2018-ci illər üçün müqaviləm var. Maşını inkişaf etdirmək üçün çox çalışmaq niyyətindəyəm. Gələcəkdə yenidən sükan arxasına keçəcəyimə əminəm. Komandanın vacib üzvlərindən biri olmaqda davam edəcəyim üçün çox xoşbəxtəm. McLaren-dəki yeni roluma görə həyəcanlanıram. Bu qərara Ron Dennislə etdiyim uzun söhbətdən sonra gəldim. McLaren Honda-nı sevirəm. Burda əla insanlarla çalışıram və başqa komandanın uğuru üçün çalışmaq niyyətim yoxdur”.

 

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*