McLaren sürücülərinə cəza verilib

McLaren komandasının sürücüləri Fernando Alonso və Stoffel Vandorn sonuncu Braziliya yarışında mavi bayraqlara məhəl qoymadıqları üçün vaxt cəzası alıblar və lisenziyalarına cəza xalı yazılıb.

F-1.az bildirir ki, hər iki sürücüyə 5 saniyəlik cəza verilib. Alonsonun cəzası yarışda verilib və 16-cı yerdən 17-ci yerə düşmüşdü. Vandornun cəzası isə yarışdan sonra verilib və o da 14-cü yerdən 15-ci yerə geriləyib. Hər iki sürücünün lisenziyasına iki cəza xalı yazılıb. Amma bu cəzaların önəmi yoxdur, çünki ikisi də gələn il yarışmayacaq…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*