F.Alonso indi də Dakarla maraqlanır?

Keçən ilin sonunda Formula1-dən gedən Fernando Alonso yeni macəralara atılmağa davam edir.

F-1.az xatırladır ki, Formula1 üzrə ikiqat Dünya Çempionu daha əvvəl İndy500, Daytona yarışlarında və WEC seriyasında gücünü sınayıb. Amma belə görünür ki, 37 yaşlı sürücü dinc dayanmaq istəmir və növbəti hədəfi Dakar Rallisində çıxış etməkdir.

Alonso bu yaxınlarda Toyota ilə yolsuzluq maşınlarını testi edib. Hazırda Toyota Gazoo Racing ilə yarışan Dakar əfsanəsi Nasser əl-Əttiyah ispaniyalı pilotun bu istəyini təsdiqləyib: “Daytonadan mənə mesaj göndərdi və uğurlar arzuladı. Onu uzun illərdir tanıyıram. Yaxşı münasibətimiz var və maşını test etmək istəyir. Ölkəmə gəlib məni ziyarət edəcək və Qətərdə test edəcək. Fernando mükəmməl sürücüdür. Formula1-də əla yarışlar keçirdi. Əla sürücüdür və yolsuzluqda da sürmək istəyir”.

Qeyd edək ki, Alonso iki dəfə Əttiyaha mesaj göndərib: “Nasser, dostum, sənə Dakarda uğurlar arzulayıram. İordaniya və Qətərdə səni izləyəcəm. Maşını test etmək üçün səbirsizlənirəm. Mənə sürməklə bağlı texnikaları göstərsən, sevinərəm. Karlos mənə kömək edir. Bəlkə, bir gün bir yerdə yarışarıq. Uğurlar!”

Sonda qeyd edək ki, Nasser hazırda Peruda keçirilən 41-ci Dakar ralli marafonunda 3-cü mərhələdən sonra marafona başçılıq edir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*