Erik Bulye Fransa Qran Prisinə rəhbərlik edəcək

Renault, Lotus və McLaren komandalarının sabiq rəhbəri Erik Bulye Fransa Qran Prisinin icraçı direktoru təyin olunub.

F-1.az xatırladır ki, Erik Bulye ötən ildən etibarən Fransa Qran Pirsinin müşaviri və səfiri idi.

“Mən bundan sonra Fransa Qran Prisinin işində daha çox iştirak edəcəyim üçün sevincliyəm. Mən Fransa torpağında keçirilən bu tədbirə öz töhfəmi vermək üçün, həmçinin əməkdaşlığın davam etdirilməsini səbirsizliklə gözləyirəm. Mən Fransa Qran Prisinin təşkilatçılarına öz təşəkkürümü bildirirəm”, – deyə Bulye qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*