17 Dekabr 2018, Bazar ertəsi - 10:08

Ə.Dəvidson: “Bu il sürücülərə çətin olacaq”

Ə.Dəvidson: “Bu il sürücülərə çətin olacaq”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:59 - 18 Yanvar, 2011

Formula1-in keçmiş britaniyalı sürücüsü Əntoni Dəvidson hesab edir ki, qarşıdakı mövsümdə sürücülərin işi çətinləşəcək. Hər şeydən əvvəl bu, KERS-in qayıtması […]

Formula1-in keçmiş britaniyalı sürücüsü Əntoni Dəvidson hesab edir ki, qarşıdakı mövsümdə sürücülərin işi çətinləşəcək. Hər şeydən əvvəl bu, KERS-in qayıtması və arxa antiqanadın hərəkətli elementinin tətbiqi ilə əlaqədardır – bu sistemlər sürücünün diqqətini yayındıracaq. Əntoni yeni Mercedes-in Brəklidə simulyatorda testlərindən sonra bu nəticəyə gəlib…

Əntoni Dəvidson: “Sürücülər bütün bu sistemləri lazımı anda aktivləşdirmək çətinliyi ilə üzləşəcəklər. Faktiki olaraq, hər bir sürücü sükan üzərində bir neçə funksiyanı yerinə yetirməli olacaq. Keçən il F-hava kanalından yararlanmaq üçün sürücülər sükanı buraxırdılar ki, deşiyi qapasınlar. İndi isə sürücülər arxa qanadı idarə edəcəklər, bunun üçün sükanda və ya başqa yerdə yerləşən düyməni basmaq lazım gələcək. Sərbəst yürüşlərdə və sıralanma turunda bu sistemdən istifadə asan olacaq, düz yolda sistemin üstünlüyü isə 15 km/saat təşkil edəcək – bu ciddi üstünlükdür.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 183
Teqlər
Paylaş

logo