C.Batton: “Üç xal – çox yaxşıdır”

Ev trasında Censon Batton mövsümdə birinci dəfə podium görməyib. Silverstounun soyuq asfaltında BGP001-nin sürəti aşağı olub və çempionatın lideri altıncı […]

Ev trasında Censon Batton mövsümdə birinci dəfə podium görməyib. Silverstounun soyuq asfaltında BGP001-nin sürəti aşağı olub və çempionatın lideri altıncı yerdən yuxarı qalxa bilməyib…

Censon Batton: “Mövsümün bu hissəsində istənilən müsbət nəticə çox vacibdir, ona görə də üç xal – yaxşı nəticədir, hərçənd ev yarışım mənim üçün uğursuz alındı. Start çox pis oldu – Trulli yavaşıdı və mən qaçmağa yer tapmadım. Döngənin daxilinə girdim, amma rəqiblərim yanımdan güllə kimi keçdilər. Yarışa doqquzuncu yerdən başlamalı oldum – Massanı tezliklə keçsəm də birinci pit-stopa kimi yavaş Trullinin arxasına düşdüm.

Yarışın ikinci hissəsini bərk təkərlərlə keçirməli oldum, uzun müddət onları qızdıra bilmirdim. Finişə yaxın isə yenidən yumşaq təkərlərlə Rosberq-Massa cütlüyünə asanlıqla çatdım – tempim yüksək idi, amma bu trasda ötmək çətindir.

Biz başa düşməliyik ki, niyə soyuq şəraitdə BGP001 effektiv olmur – ümid edirəm ki, qarşıdakı yarışlar isti havada keçəcək!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*