Ə.Cordan yeni qaydadan razıdır

TalkSPORT radiosuna müsahibəsində Jordan komandasının keçmiş sahibi Əddi Cordan çempinou müəyyən etməyin yeni qaydasını bəyəndiyini söyləyib… Əddi Cordan: “Biz ikinci […]

TalkSPORT radiosuna müsahibəsində Jordan komandasının keçmiş sahibi Əddi Cordan çempinou müəyyən etməyin yeni qaydasını bəyəndiyini söyləyib…

Əddi Cordan: “Biz ikinci və ya üçüncü yerdə sürücülərin rahat şəkildə finişə getmələri ilə nəticələnən kifayət qədər yarış görmüşük, çünki onlar bilirlər ki, yarışda qalib gələn titul qazana bilməyəcək. Onlar xal qazanmaq üçün sadəcə finişə gedirdilər. İndi belə olmayacaq – indi hər qələbə qızıl qiymətinədir. Komandalar strategiyalarını dəyişməli olacaqlar, axı əsas qələbə qazanamqdır, əvvəlki kimi konkret vəziyyətdə maksimum xal qazanmağı düşünməyəcəklər.

Bəziləri hesab edirlər ki, bu qaydalara əsasən Həmilton keçən titul qazana bilməyəcəkdi – o Massadan az qələbə qazanmışdı, amma bu belə deyil. Siz titul uğrunda mübarizəni cari qaydalara əsasən aparırsınız. Əlbəttə, keçən Lyuis əmin idi ki, yarışı beşinci yerdə başa vursa belə çempion olacaq. Yeni qaydalara əsasən isə o qələbə qazanmağa çalışacaqdı.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*