15 Sentyabr 2019, Bazar - 11:55

E.Bulye ümid edir ki, Kubitsa elə bu il qayıda biləcək

E.Bulye ümid edir ki, Kubitsa elə bu il qayıda biləcək

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

06:30 - 30 May, 2011

Lotus Renault GP komandası ümid edir ki, Robert Kubitsa ağır zədələrdən sonra tam bərpa ola biləcək və artıq mövsümün sonuna […]

Lotus Renault GP komandası ümid edir ki, Robert Kubitsa ağır zədələrdən sonra tam bərpa ola biləcək və artıq mövsümün sonuna yaxın yarışlarda iştirak edə biləcək, hərçənd, polşalı sürücünün mövsümün sonuna qədər trasa qayıtmayacağı barədə də xəbərlər eşidilir.

Bir neçə gün əvvəl komandanın həmsahibi Jerar Lopes bildirmişdi ki, çox güman ki, Robert yalnız cümə sərbəst yürüşlərində sükan arxasına qayıda bilər. Amma Lotus Renault GP komandasının başçısı Erik Bulye bu gün bildirib ki, Kubitsanın perspektivi barədə hələ heç bir qərar qəbul olunmayıb…

Erik Bulye: “Mənə elə gəlir ki, Jerar heç də belə deməyib, deyəsən, jurnalistlər onu düzgün başa düşməyiblər.

İki həftə əvvəl mən Robertlə görüşmüşəm, bir şeyi qəti deyə bilərəm ki, Robert əlindən gələni edir ki, tezliklə sükan arxasına qayıtsın. O çox çalışır və onun bərpası əla gedir. Amma bərpa prosesi vaxt tələb edir, bu prosesi sürətləndirmək mümkün deyil. Gözləmək lazımdır.

Amma mən əminəm ki, Robert sükan arxasına qayıda biləcək. Hər şey onun özündən asılıdır, onun qərarını isə biz yayın sonlarında biləcəyik.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 342
Teqlər
Paylaş

logo