E.Bulye Haydfeldin tərəqqisinə ümid edir

Nik Haydfeld mövsümə pis başlamamışdı, Malayziyada podium qazanmışdı, amma bundan sonra almaniyalı sürücü uik-endin sessiyalarında Vitaliy Petrova uduzmağa başlayıb. Lotus […]

Nik Haydfeld mövsümə pis başlamamışdı, Malayziyada podium qazanmışdı, amma bundan sonra almaniyalı sürücü uik-endin sessiyalarında Vitaliy Petrova uduzmağa başlayıb. Lotus Renault GP komandasının başçısı Erik Bulye hesab edir ki, baş qaldrımış problemlərin səbəblərini tapmaq və inkişaf etmək lazımdır, axı, Mühəndislər Kubokunda yüksək yer uğrunda mübarizədə komandaya hər iki sürücünün maksimal nəticələri lazımdır…

Erik Bulye: “Nik kifayət qədər yaxşı çıxış etmir və mən bunun səbəblərini bilmirəm. Biz oturmalı və söhbət etməliyik, mən baş qaldırmış problemləri başa düşməli və vəziyyəti qiymətləndirməliyəm.

Nik sərbəst yürüşlərin birinci sessiyasından Vitalinin tempinə uyğun olmalıdır, amma hələlik geri qalır, əgər sıralanma turuna qədər maşının opyimal balansını tapmaq mümkün olmursa, sürətli dövrədə nəticə göstərmək alınmır.

Bazar günü Nik sürətlidir, bu yaxşıdır, amma start mövqeyi nə qədər yüksək olarsa, çox xal qazanamq şansı da bir o qədər yüksək olar. Sıralanma turu üzərində çalışmaq lazımdır. Əgər siz ilk cərgələrdən start alırsınızsa, narahatlıq yoxdur, amma ilk onluqda heç olmayanda, artıq narahat olmaq lazımdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*