E.Bulye: “Fransaya Formula1-də güclü sürücü lazımdır”

Keçən il Formula1-də Fransa heç bir sürücü ilə təmsil olunmamışdı, deyəsən, elə bu il də vəziyyət təkrar olunacaq. Amma Lotus […]

Keçən il Formula1-də Fransa heç bir sürücü ilə təmsil olunmamışdı, deyəsən, elə bu il də vəziyyət təkrar olunacaq. Amma Lotus Renault GP komandasının başçısı və Gravity Sport Managment proqramının rəhbəri Erik Bulye hesab edir ki, tezliklə Fransanın Formula1-də öz sürücüsü olacaq…

Erik Bulye: “Mən güclü komandada çıxış edən və hər bir yarışda podiuma qalxan fransalı sürücünü Formula1-də görmək istəyirəm. Biz bu məsələni komandada tez-tez Genii Capital-la da müzakirə edirik, məsələnin həllini tapmağa çalışırıq, amma bu asan deyil. Hazırda bizə yüksək səviyyəli birinci sürücü və Vitaliy Petrov sponsorlarla lazımdır. Amma biz Roman Qrojan və digər milli sürücülərə Formula1-də yer tapmağa çalışırıq. Fransaya Formula1-də güclü sürücü lazımıdr!”

Xatırladaq ki, son məlumatlara görə, Gravity proqramının üzvü Roman Qrojan Lotus Renault GP komandasında üçüncü sürücü olacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*