E.Okon: Mühəndislər əla işlədilər

Alpine komandasının sürücüsü Esteban Okon bildirib ki, 2022-ci ildə mühəndislərin işindən təsirlənib.

F-1.az xatırladır ki, 2022-ci ildə texniki reqlament yeniləndiyi üçün komandalar ilk yarışdan etibarən yeniliklər gətirirdilər. Alpine də hər yarışa kiçik də olsa, yeniliklər gətirirdi. Bunun hesabına bolid təkmilləşdi və Mühəndislər Kubokunda McLaren-i qabaqlayıblar.

Esteban Okon: “Yeniliklərin gəlməsi inanılmaz səviyyədə idi. Bir Formula1 komandasının bu qədər çox və sürətli yenilik hazırladığını görməmişdim. İşçilər həftəsonları ya da rəsmi bayramlarda bazada qalıb yenilik hazırlayırdılar.

Belə işləmələri mənə təsir etdi. Hətta bir neçə ay əvvəl təşəkkür etmək üçün bazaya getdim. Komanda onların hesabına inkişaf etdi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*