DTM testlərində imperatorun nəticəsi Kubitsanı üstələyib

Almaniyanın Nürburqrinq trasında bu mövsüm ilk dəfə DTM çempionatı komandalarının mövsümöncəsi testləri keçirilib.

F-1.az bildirir ki, testlər dörd gün davam edib və yekun protokollarda Audi-nin sürücüsü Ferdinand Habsburq ən sürətli olub. Maraqlıdır ki, pilot son mövsümü ümumi hesabda yalnız 18-ci yerdə başa vurmuşdu, düzdür, belə zəif nəticənin əsas səbəbi Aston Martin maşınları olmuşdu.

Xatırladaq ki, avstriyalı sürücü 1916-1918-ci illərdə Avstriya-Macarıstanı idarə edən sonuncu Avstriya imperatoru I Çarlzın nəticəsidir.

Audi pilotları testləri güclü keçiriblər və yekun protokollarda dörd ilk yeri tutublar, lakin BMW-dən olan rəqibləri də yavaş adlandırmaq olmaz: Bavariya markasının pilotlarından ən yaxşısı Habsburqun nəticəsinə saniyənin üçdə biri qədər uduzub. Keçmiş F1 sürücüsü Robert Kubitsa isə bu siyahıda yoxdur – testlərin ilk günündə polşalı sürücü liderə saniyə yarım uduzmuşdusa, sonuncu gün onun sürətli nəticəsi həftənin ən yaxşı göstəricisindən təxminən yarım saniyə yavaş olub.

Əsas sürpriz isə testlərin son günündə məşhur konstruktor Ədrian Nyuinin oğlu Harrisonun trasa çıxması olub. Harrison hazırda Dubayda qalan Ed Consu əvəzləməli olub – Ed koronavirus üzündən səyahət məhdudiyyətlərinə görə ölkəni tərk edə bilməyib.

Nyui komandada özü haqqında yaxşı təəssürat yaradbı və tez bir zamanda yeni avtomobili idarə etməyə öyrəşib. Britaniyalı bir gün testlərdə çalışsa da, həmin gün protokollarda 9-cu olmaqla, testlərin bütün günlərində trasda işləyən Kubitsa və isveçrəli Fabio Şereri üstələməyi bacarıb. Bununla yanaşı, komandanın nümayəndələri artıq britaniyalı sürücünün göstərdiyi sürətin komandanın heyətində dəyişikliklərə səbəb olmayacağını açıqlayıblar.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*