DTM: Rusiya yarışı təqvimdən çıxarılıb

DTM-in 2020-ci il üçün təqviminin ilkin versiyasında Leninqrad vilayətində yeni salınmış İqor Drayv avtodromunda planlaşdırılan yarış baş tutmayacaq.

F-1.az xatırladır ki,  DTM hələ mart ayında mövsümün koronavirus üzündən ixtisar olunmuş yeni təqvimini dərc etmişdi. Rusiya yarışı həmin təqvimdə ikinci yeri almışdı, amma bu gün yarış təqvimdən çıxarılıb və dərc olunmuş yeni təqvimdə yer almayıb.

Rus yarışının yerini təqvimdə Spa  yarışı tutub – məşhur Belçika trası 2005-ci ildən bəri ilk dəfə çempionatın təqviminə daxil edilib. Spa-Frankorşampa qayıdış Almaniyanın xaricində çempionatının təqvimində yeganə səfər yarışı olmayacaq: sentyabrda DTM Niderlandın Assen trasına və oktyabrda iki dəfə Belçikanın Zolder trasına yollanacaq.

Qeyd edək ki, Rusiya ilə yanaşı İsveç, İtaliya və Britaniya da öz DTM mərhələlərini itiriblər. Digər maraqlı məqam isə Nürburqrinqdə yarışlardan birinin Le Manın 24 saatlıq marafonu ilə eyni vaxtda keçirilməsidir.

Mövsümün ilk yarışı iyulun 10-dan 12-dək Norisrinqdə baş tutacaq.

DTM çempionatının yeni təqvimi:

Tarix Tras
10-12 iyul Norisrinq
1-2 avqust Spa-Frankorşamp
14-16 avqust Lauzitsrinq
21-23 avqust Lauzitsrinq
4-6 sentyabr Assen
11-13 sentyabr Nürburqrinq
18-20 sentyabr Nürburqrinq
9-11 oktyabr Zolder
16-18 oktyabr Zolder
6-8 noyabr Hokkenhaymrinq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*