Robert Kubitsanın Santa Corona hospitalında keçirdiyi üçüncü gecə sakit keçib. Bu gün səhər tezdən həkimlər Kubitsanı bir daha müayinə ediblər, planlı yoxlamalar aparıblar və nahardan sonra onun sağlamlığı barədə rəsmi məlumat verəcəklər.
Daniel Morelli: “Sağalmaq prosesi başlayıb, yaxşı xəbərlərimiz var: böhran fazası arxada qalıb və ümumən Robertin vəziyyəti stabilləşib. Biz təsdiq edə bilərik ki, cərrahiyə əməliyyatı uğurlu keçib və pozitiv nəticələr verib.
Sürücünün psixoloji vəziyyətini qiymətləndirmək çətindir, çünki Robertə hələ də güclü sedativ və analgetik dərmanlarla dolu olan ağrıkəsici iynələr vurulur. Hazırda onunla yalnız yaxın adamları danışırlar, hərçənd, ona baş çəkmək istəyən çoxdur…”