D.Mateşiç Fetteli Ferrari-yə buraxmağa hazırdır

Sonuncu dünya çempionu Sebastyan Fettel Red Bull komandasında öz vəziyyətindən razıdır, amma gələcəkdə Ferrari-nin sürücüsü olmaq planlarından imtina etmir. Bu […]

Sonuncu dünya çempionu Sebastyan Fettel Red Bull komandasında öz vəziyyətindən razıdır, amma gələcəkdə Ferrari-nin sürücüsü olmaq planlarından imtina etmir. Bu barədə 23 yaşlı alman sürücü Gazzetta dello Sport qəzetinə müsahibəsində bildirib…

Sebastyan Fettel: “Belə deyək: mən yarışları sevirəm, avtoidmanın tarixini bilirəm və gözəl başa düşürəm ki, Ferrari əfsanədir. Öz adını çempionların siyahısına yazmaq başqa hisslərdir, amma Ferrari-nin şərəfini qorumaq tamamilə başqa. Bəli, mən də nə vaxtsa Maranelloya getməyi düşünürəm. Hələlik mən çox gəncəm, mənim hələ vaxtım var. Mənim Red Bull-da hər şeydən xoşum gəlir, onların köməyi olmadan mən Formula1-ə heç vaxt gələ bilməzdim.”

Əgər Red Bull-da karyerasını davam etdirmək imkanı olmasaydı, hansı komandanı seçərdin – sualına Fettel belə cavab verib: “Mən Alonso və ya Massaya dincəlməyi təklif edərdim və maksimum çalışardım ki, onlar üçün ən yaxşı oteli seçim. Hərçənd, əmin deyiləm ki, onlar buna görə mənə təşəkkür edəcəklər.”

Red Bull şirkətinin sahibi Diter Mateşiçin fikrincə, gənc sürücü qələbə qazanmağa və titul uğrunda mübarizə aparmağa imkan verən maşın alarsa, komandasını dəyişmək barədə düşünməyəcək, amma istənilən halda onun getməsinə mane olmayacaq…

Diter Mateşiç: “Hələlik bizim maşınlar ona qələbə qazanmağa imkan verir, ona görə də o hələlik Ferrari-yə və ya digər komandaya keçməyəcək. Belə maşın düzəltmək bizim borcumuzdur. Əlbəttə, bəzi halları istisna etmədən, Sebastyan istənilən yarışda qələbə qazanmaq imkanına malik olmalıdır.

Əgər biz onu sürətli maşınla təmin edə biləməsək, onda niyə onun karyerasının inkişafına mane olmalıyıq? Əgər o bizimlə qələbə qazana bilmirsə, belə bir imkanı başqa yerdə taparsa, biz onu komandada saxlaya bilməyəcəyik, hətta müqaviləmiz olsa belə. Amma əgər bizim maşınımız sürətli olarsa, o heç hara getməyəcək.

Lakin, digər tərəfdən, biz həmişə “ərə getməyə hazır olan gəlin yetişdirən ana” rolundayıq. Və həmişə bizim gənc sürücülər proqramından başqa bir Sebastyan tapa bilərik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*