D.Kulthard DTM-də debüt yarışında 12-ci yeri tutub

Formula1-in keçmiş sürücüsü Dəvid Kulthard Almaniyanın DTM kuzov çempionatında uğurla debüt edib – şotlandiyalı veteran sürücü Hokkenhaymda ilk yarışını 12-ci […]

Formula1-in keçmiş sürücüsü Dəvid Kulthard Almaniyanın DTM kuzov çempionatında uğurla debüt edib – şotlandiyalı veteran sürücü Hokkenhaymda ilk yarışını 12-ci yerdə başa vurub. Yarış ərəfəsində Dəvid bildirmişdi ki, onun başlıca məqsədi finişə çatamqdır.

Kulthard 17-ci yerdən start alıb və yarışın gedişində ciddi səhvə yol verməyib. Ralf Şumaher yarışı 10-cu yerdə başa vurub. Force İndia komandasının test sürücüsü Pol di Resta 4-cü olub. DTM mövsümünün ilk yarışının qalibi isə pouldan start alan McLaren komandasının test sürücüsü Qəri Paffet olub. Yeri gəlmişkən, ilk dörd yeri tutan sürücülər Mercedes-i təmsile diblər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*