D.Hill: “Silverstoun Qran Pri qəbul etməyə hazırdır”

Gözlənildiyinə görə, Formula1-in kommersiya başçısı Berni Ekklstoun yaxın günlərdə rəsmən elan edəcək ki, Doninqton trasının sahibləri öz öhdəliklərini yerinə yetirmədiklərinə […]

Gözlənildiyinə görə, Formula1-in kommersiya başçısı Berni Ekklstoun yaxın günlərdə rəsmən elan edəcək ki, Doninqton trasının sahibləri öz öhdəliklərini yerinə yetirmədiklərinə görə gələn il Böyük Britaniya Qran Prisi bu trasda keçirilə bilməyəcək. Klassik Silverstounun sahibi olan Britaniyanın sürücücülər klubunun (BRDS) rəhbərliyi bir neçə dəfə bildirib ki, yenidən milli mərhələni öz traslarında keçirməyə hazırdırlar, amma onlar Formula One Management-dən (FOM) uzunmüddətli müqavilə bağlanmasını tələb edirlər…

Bunu 1996-cı ilin dünya çempionu və BRDC-nin prezidenti Dəymon Hill də təsdiq edib: “Biz həmişə demişik ki, gələn ilin yayında Qran Pri keçirməyə hazırıq. Amma, düzünü deyim ki, bunun üçün uzunmüddətli müqavilə bağlamaq istəyirik.

Təhlükə var ki, gələn il Britaniya mərhələni itirə bilər, əgər Qran Pri bir dəfə keçirilməsə, heç kim zəmanət verə bilməz ki, gələcəkdə vəziyyət necə olacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*