D.Hill BRDC-nin prezidenti vəzifəsini tərk etməyi planlaşdırır

Britaniya Sürücülər Klubunun (BRDC) prezidenti Dəymon Hill quruma başçılıq etdiyi müddətdə böyük uğurlar qazanıb, xüsusən də Silverstoun avtodromunun gələcəyini təmin […]

Britaniya Sürücülər Klubunun (BRDC) prezidenti Dəymon Hill quruma başçılıq etdiyi müddətdə böyük uğurlar qazanıb, xüsusən də Silverstoun avtodromunun gələcəyini təmin edib, amma 1996-cı ilin dünya çempionu inzibati işlərdən yaxa qurtarmaq istəyir ki, şəxsi həyatına da diqqət ayırsın. Hillin istefası avqustun 25-də baş tutacaq klub üzvlərinin illik iclasında gözlənilir…

Dəymon Hill: “BRDC-nin prezidenti kimi beşillik müddəti başa vururam – bu mənim üçün böyük şərəfdir, biz fəxr edə bilərik ki, son illərdə Britaniya Avtoİdmanını belə yüksəklərə qaldrımışıq. BRDC və Silverstounu parlaq gələcək gözləyir, ona görə də mən qərara almışam ki, istefaya getmək üçün ən yaxşı vaxtı seçmişəm və bundan sonra diqqətimi ailəmə, şəxsi maraqlarıma və oğlum Coşuanın karyerasına yönəldəcəm. Amam eyni zamanda BRDC-nin sadiq üzvü qalacam və klubun gələcək tərəqqisinə ümid edirəm.”

Hillin yerinə əsas namizəd isə keçmiş sürücü Derek Uorik hesab olunur…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*