D.Altman: “Felipe daha yaxşı formada olacaq”

Felipe Massanın şəxsi həkimi Dino Altman sürücünün təkrar zədələnməsi üzündən daha ciddi nəticələr barədə gəzən şayiələri təkzib edib. Bu həftə […]

Felipe Massanın şəxsi həkimi Dino Altman sürücünün təkrar zədələnməsi üzündən daha ciddi nəticələr barədə gəzən şayiələri təkzib edib. Bu həftə Avropa KİV-i Altmandan müsahibələr dərc ediblər və sürücünün gələcəyi barədə müxtəlif senarilər irəli sürüblər. Amma DPA agentliyinə müsahibəsində həkim bildirib ki, gələn il Felipe çempionata əvvəllər olduğundan daha yaxşı formada qayıdacaq…

Dino Altman: “Heç bir təhlükə yoxdur, bütün testlər normal keçib. Sadəcə kəllə sümüyündə bir neçə plastik cərrahiyə əməliyyatı aparılacaq və bundan sonra çempionata hazırlığa başlamaq olar. Biz əminik ki, Felipenin aldığı zədə iz qoymadan sağalacaq, sürücü isə qəzadan əvvəl olduğundan daha yaxşı formada trasa qayıdacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*