D.Rikkardo: “Yarışdan sonra hamı məndən küsəcək”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo çətin keçən sıralanma turunda 6-cı olduğu üçün həm sevinir, həm də məyus olub.

F-1.az xatırladır ki, avstraliyalı sürücü cümə sərbəst yürüşlərində birinci yeri tutduqdan sonra üçüncü sərbəst yürüşlərdə hidravlika probleminə görə bolidini trasda saxlamalı olmuşdu.

Daniel Rikkardo: “Altıncı yerdən daha yaxşı nəticə qazana bilərdik. Bizim üçün bərbad sessiya idi. Yarışda daha güclü olacağıq və bir neçə yer qazanmağa çalışacağıq. Buna görə də yarışdan sonra inanmıram ki, çoxlu dostum olsun.

Keçmişdə burada geridən başlasam da, aqressiv ötmələr edərək, podiuma yüksələ bilmişəm. Bu atəşi yarışda da əks etdirsəm, mükəmməl olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*