D.Rikkardo: “Formula1 Amerikada inkişaf edir”

Daniel Rikkardo Amerikada Formula1-in məşhurlaşdığını, ancaq amerikalı sürücünün bu prosesi daha da sürətləndirə biləcəyini deyib.

F-1.az xatırladır ki, Amerika Qran Prisi 2012-ci ildə 5 illik fasilədən sonra Ostin yarışı ilə Formula1-ə qayıtmışdı. Amma yarışın təşkili ilə bağlı maliyyə problemləri var. Buna görə də təşkilatçılar bilet satışını artırmaq üçün həftəsonuna Teylor Sviftin konsertini əlavə etmişdilər.

Rikkardo bildirib ki, Amerikanın Formula1-ə olan yanaşması 2002-ci ildə Mark Uebberin idmana gəlməsindən əvvəl Avstraliyadakı vəziyyəti xatırladır: “Amerika hələ də Avstraliya və Asiyadan geri qalır. Amma inkişaf etməkdədir. Son iki ildə bunu görmək mümkündür. Artıq insanlar Formula1-in nə olduğunu bilirlər.

Amerikadakı bu vəziyyət Avstraliyada Mark Uebberin uğur qazandığı illərdən əvvəlki dövrə bənzəyir. Bilirsən ki, insanlar Mark və digər sürücüləri tanıyırlar. Amma yoldan keçən birindən soruşsanız, bəlkə təkcə Şumaxeri tanıyacaqlar, ya da Mark Uebberin adını deyəcəklər.

Mən qorxurdum ki, bu idman NBA-in kölgəsində qalsın. Amma illər keçdikcə böyüyür və hər şey yaxşıya doğru dəyişir. Bu yaxşı haldır, amma bilirsiniz ki, amerikalılar özlərinə aid olan şeylərlə məşğul olmağı sevirlər”.

Xatırladaq ki, amerikalı Aleksandr Rossi Formula1-də özünə yer tapa bilmədiyi üçün 2015-ci ildən sonra İndyCar-da karyerasını davam etdirir.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*