D.Rikkardo bu mövsüm qələbə qazanmaq istəyir

Bu mövsüm qələbələri son anda əldən verən Rikkiardo son 6 yarışdan birini qazanmaq istəyir...

F-1.az xatırladır ki, Rikkardo Sinqapurda qələbəni azacıq fərqlə qaçırmışdı.

Daniel Rikkardo: “Keçən həftə Mercedes-ə çox yaxın idik. Son ana qədər əlimdən gələni etdim və son dövrələrdə ona yaxınlaşcağımı bilirdim. Qələbəni çox az fərqlə əldən verdim, amma yenə də əyləndim”.

Rikkardo bildirib ki, Sinqapur və Monako kimi traslarda Mercedes-dən qələbəni almaq üçün daha çox şansı olub və növbəti yarışlarda da qələbə uğrunda mübarizə aparacağını əlavə edib: “Bu mövsümə fokuslanmışam. Mövsümün sonuna kimi qələbə qazanmaq istəyirəm. Sinqapur quru hava şəraitindəki son şansım idi, amma yağışlar xeyrimizə olsa, yenə fürsətlərimiz olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*