D.Kvyat dəftəri bağlanıb

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Daniil Kvyatla tamamilə yollarını ayırıblar.

F-1.az xatırladır ki, rusiyalı sürücü son iki mövsümdə qeyri-stabil performans göstərib və nəticədə AlphaTauri komandası onunla yolları ayıraraq, əvəzinə Yuki Tsunodanı gətirib.

Helmut Marko: “Son yarışlarda sürətli idi. Lakin əksər yarışlarda Qaslidən geri qalırdı. Onun kimi təcrübəli sürücü üçün pis nəticə idi. Artıq Daniil Kvyat məsələsi bizim üçün birdəfəlik bağlandı”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*