15 Dekabr 2019, Bazar - 14:16

C.Minardi: “Gənclərə yol vermək lazımdır”

C.Minardi: “Gənclərə yol vermək lazımdır”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:39 - 09 Avqust, 2009

Cankarlo Fizikella və yarno Trulli, Luka Badoyer və Mark Jene, Fernando Alonso və Mark Uebber – bir çox gənc sürücülər […]

Cankarlo Fizikella və yarno Trulli, Luka Badoyer və Mark Jene, Fernando Alonso və Mark Uebber – bir çox gənc sürücülər Formula1-də Minardi komandasında debüt etmişdilər, komanda onlara çempionata alışmağı və növbəti addımı atmağı öyrətmişdi. İndi isə gənclərlə yalnız Toro Rosso komandası işləyir, amma komanda “ana komanda”ya kadrlar hazırlayır və Red Bull-un gənc sürücülərin hazırlıq proqramı zəncirində son halqa rolunu oynayır, bu proqramda iştirak etməyən sürücülərə isə çempionatda debüt etmək ildən ilə çətinləşir. Cankarlo Minardi gənc istedadı vaxtında seçə bilirdi, amma italiyalı mütəxəssis Formula1-i çoxdan tərk edib və indi vəziyyəti kənardan şərh edir…

Cankarlo Minardi: “Felipe Massanın yerinə sürücü axtararkən mən başqa seçim edərdim. Bir neçə il əvvəl mən qəzetlərdə oxudum ki, Formula1-in 20 debütantının bir çoxu Minardi-dən gəlib. Gənc sürücü gələcəyə yoldur, Ferrari bunu düşünməlidir – ehtiyat pilot Luka Badoyerin qırx yaşı var, test pilot Mark Jene də gənc deyil.

Əlbəttə, komanda üçün asan olmayan mövsümdə Mixael Şumaherin dəvəti komandaya daha təhlükəsizdir. O rəqabətədavamlıdır və Ferrari-nin işi ilə tanışdır, belə bir vəziyyətdə gənc sürücünün debütü testlərsiz risklə bağlıdır, hərçənd bir neçə həftə əvvəl biz 19 yaşlı Xayme Algersuarinin Toro Rosso-da inamlı debütünün şahidi olduq. Xayme mühəndislərlə qarşılıqlı əlaqəni qura bildi və Buemiyə demək olar ki, uduzmadı. Keçən illərdə biz Fettel və Kubitsa kimi gənc sürücülərin debütünü görmüşdük, indi isə Roman Qrojan Nelsinyo Pikeni əvəz etməyə hazırlaşır.

Biz növbəti çətin vəziyyət qarşısındayıq. BMW getməsini elan edib, gələn il startda üç yeni komanda duracaq, amma bu debüt olacaqmı? Mən əminliklə yalnız Adrian Kamposu qeyd edə bilərəm, bir neçə gün əvvəl biz görüşmüşdük, digər iki komandanın vəziyyəti hələ naməlumdur. Bəlkə, gələn il biz startda hər komandadan üç maşın görəcəyik, amma bu yaxşı variant deyil.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 288
Teqlər
Paylaş

logo