Çin yarışı təxirə salınacaq?

Çin Qran Prisinin təşkilatçıları yarışı təxirə salmaq istəyirlər.

F-1.az bildirir ki, daha əvvəl Avstraliya yarışı təxirə salınmışdı. İndi isə Çin yarışı mövsümün ortasında keçirmək istədiyini bəyan edib.

Yarış təşkil edən Juss Event şirkətinin rəhbəri Yibinq Yanq bu barədə belə danışıb: “Hər həftəsonu Formula1 rəhbərliyi ilə onlayn formada danışırıq. Bu il təqvim məlum olsa da, yarışı təşkil edib-etməyəcəyimiz müəmmalıdır. Yarışı mövsümün ikinci yarısına salmaq istəyirik və bu barədə Liberty Media-ya rəsmi tələb göndərdik”.

Yarış təxirə salınsa, aprel ayında böyük boşluq olacaq. Çünki aprelin 25-də keçirilməsi planlanan Vyetnam Qran Prisi də təxirə salınıb. Britaniya mətbuatının iddiasına əsasən Çin Qran Prisini Portuqaliya, Vyetnam Qran Prisini isə İmola əvəz edəcək.

Çinin təxirə salınması mövsümün ikinci yarısında vəziyyəti qarışdıracaq. Çünki daha əvvəl dediyimiz kimi Avstraliya da yarışı mövsümün ikinci yarısına keçirmək istəyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*