Pirelli Çin Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də Pirelli bu gün Çin Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.

F-1.az xəbər vermişdi ki, italyan təkər təchizatçısı Şanxaya Medium, Soft və UltraSoft tərkibləri gətirəcək. Gözlənildiyi kimi, sürücülər həftəsonunun ən yumşaq tərkibinə üstünlük veriblər və Medium təkərlərdən 1-2 dəst seçiblər. Lakin Force İndia-nın sürücüləri və Şarl Leklerin 3 dəst Medium təkər dəsti sifariş etməsi maraqlıdır…

Sürücü Komanda Medium Soft UltraSoft
Lyuis Həmilton Mercedes AMG 1 6 6
Valtteri Bottas Mercedes AMG 2 5 6
Sebastyen Fettel Ferrari 2 3 8
Kimi Rəykkönen Ferrari 2 3 8
Daniel Rikkardo Red Bull 2 4 7
Maks Ferstappen Red Bull 2 4 7
Serxio Peres Force İndia 3 4 6
Esteban Okon Force İndia 3 4 6
Ləns Stroll Williams 2 3 8
Sergey Sirotkin Williams 1 4 8
Karlos Sayns Renault 2 4 7
Niko Hülkenberq Renault 2 4 7
Pyer Qasli Toro Rosso 2 4 7
Brendon Hartli Toro Rosso 1 5 7
Roman Qrojan Haas 1 4 8
Kevin Maqnussen Haas 2 3 8
Fernando Alonso McLaren 1 4 8
Stoffel Vandorn McLaren 1 4 8
Markus Eriksson Sauber 2 4 7
Şarl Lekler Sauber 3 3 7
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*